bolmeler

Reklam verin!

...:::::^^YUMOR^^:::::...

...:::Musiqi, yumor, eylence, mobil dunya, proqramlar:::...

Dekabr 9, 2007 1:00

  Ancaq Azerbaycanda.....

Ancaq Azərbaycanda-400 dollarlıq telefonda kontur olmur.
Ancaq Azərbaycanda-oturduğun yerdə zibilə düşürsən.
Ancaq Azərbaycanda-kitabı arxadan oxuyurlar.
Ancaq Azərbaycanda-“mənənə” viruslu xəstəlik mövcuddur.
Ancaq Azərbaycanda-hacıməmmədovlar yetişir.
Ancaq Azərbaycanda-zibili zibil qutusundan başqa hər yerə tullayırlar.
Ancaq Azərbaycanda-atalar sözlərindən necə gəldi istifadə edirlər.
Ancaq Azərbaycanda-şairlər xoşbəxtliyə qafiyə axtarırlar.
Ancaq Azərbaycanda-televiziyalar nağıl danışır.
Ancaq Azərbaycanda-“kurdlar vadisi” teleserialının prototipini məmurlar yaradır.



Ancaq Azərbaycanda smiçka satanlar tumları kitab vərəqlərinə büküb müştərilərə satırlar.
Ancaq Azərbaycanda jurnalistlər mənbəsiz yerdən mənbə çıxardırlar.
Ancaq Azərbaycanda dost-tanış ayaması meyvə-tərəvəzlə səslənir.
Ancaq Azərbaycanda “həyat davam” etdirilir.
Ancaq Azərbaycanda rüşvətlə “aşağıdakılar”,korrupsiyayla “yuxarıdakılar” məşğul olur.
Ancaq Azərbaycanda “Ancaq Azərbaycan” var.
Ancaq Azərbaycanda qaçqınlar vəzifədə,məcburi köçkünlər fəhləliklə məşğuldurlar.
Ancaq Azərbaycanda Azercell iki gəncin sevgi tribunasıdır.
Ancaq Azərbaycanda eşşəklər hürür, itlər anqırır.
Ancaq Azərbaycanda geyiminə görə qarşılayırlar,telefonuna görə isə yola salırlar.
Ancaq Azərbaycanda məsafədən asılı olmayaraq gediş haqqı eyni qiymətədir.
Ancaq Azərbaycanda jurnalistlər, həm də terroristdirlər.


1
saday yazıb:

cry uzulurem cunki bu aci heqiqetdir Ancaq Azerbaycanda qizlar sevgini pulla olcurler...........-bezileri istisn-.............

Fevral 15, 2008 19:13

2
izzet yazıb:

bunu yazana halal olsun

May 2, 2008 19:32

3
adsiz yazıb:

ancaq Azerbaycanda Baki kimi gozel sheher var...

May 31, 2008 18:38

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


bolmeler


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com