Dekabr 11, 2007 19:35
Dünyanın ən varlı şəxsi hindistanlıdır
Mukeş Ambani əmlakının dəyərini 63,2 milyard dollara çatdıraraq Bill Qeytsi arxada qoyub
Hindistanın “Reliance Industries Ltd.” iri neft-kimya şirkətinin...

başçısı Mukeş Ambani dünyanın ən varlı insanı olub. “APA-Economics”in məlumatına görə, “Reliance Industries” və onun iki törəmə qurumu - “Reliance Petroleum Ltd.” və “Reliance Industrial Infrastructure Ltd.” şirkətlərinin səhmlərinin bahalaşması nəticəsində Ambaninin əmlakının ümumi dəyəri 63,2 mlrd. ABŞ dollarına çatıb.
“Forbes” jurnalının sentyabr buraxılışında dünyanın ən varlı insanı “Microsoft” Korporasiyasının əsas səhmdarı - Bill Qeyts olub. O, bu ada 59 mlrd. dollarlıq əmlakla 14 il ardıcıllıqla layiq görülüb.
Hazırda B.Qeytsin var-dövləti 62,29 mlrd. dollar həcmində qiymətləndirilir. Bu həcmdə vəsaitə həmçinin meksikalı sənayeçi Karlos Slim Xel də malikdir. Dünyanın ən varlı insanları siyahısında 3-cü yeri bundan öncə “Berkshire Hathaway” şirkətinin banisi Uorren Baffet tutub və hazırda onun əmlakı 56 mlrd. dollar dəyərindədir.